Haqqımızda

Psixoloji və Nitq Mərkəzi

Haqqımızda

Elpida Psixoloji və Nitq Mərkəzi 2021-ci ildən fəalliyyətə başlamışdır. Artıq iki filialı fəaliyyət göstərən Elpida Psixoloji və Nitq Mərkəzi yaş məhdudiyyəti olmadan psixoloji, loqopedik, psixopedaqoji, erqoterapiya və duyu-bütünləmə, müalicəvi idman və massaj, refleksoterapiya, məktəbəqədər hazırlıq sahələri üzrə bütün növ korreksiyalar peşəkar komandamız tərəfindən həyata keçirilir.
Məqsədimiz psixoloji dəstəyə ehtiyacı olan insanlara fərdi və qrup şəklində terapiyalarla dəstək verməklə psixoloji sağlamlıqlarına qovuşdurmaqdır. 
Xüsusi qayğıya ehtiyacı olan uşaqların psixoloji individual metod və yanaşmalarla paralel aktiv sosial mühitə, cəmiyyətə adaptasiya etməkdir. Belə ki, mərkəzimizdə psixoloji dəstəklə paralel qrup terapiyaları, rəqs, şahmat, rəsm dərnəkləri fəaliyyətdədir. Sağlam uşaqlarla bərabər xüsusi qayğıya ehtiyacı olan uşaqlar da  bu dərnəklərdə iştirak edir, festival və yarışmalarda nəaliyyətlər qazanırlar. Beləliklə biz xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadlarının tanınmasına dəstək vermiş oluruq.

Yeganə İsmayılova

Yeganə İsmayılova

Uzman Klinik Psixoloq

Ölkədən kənarda təhsil aldığım və işlədiyim müddətdə həmvətənlərimizin bir çox psixoloji və tibbi problemlərlə əlaqədar başqa ölkələrə (xüsusilə Türkiyə və Rusiya) müraciət etdiyinin şahidi oldum. Bu dövrdə həmvətənlərimin başqa ölkələrdə nə qədər maddi və mənəvi çətinliklərlə qarşılaşdığını gördüm. Bir azərbaycanlı olaraq ailələrin yaşadığı bu çətinliklər məni narahat edirdi. Qərara aldım ki, bu xidmətlər öz ölkəmizdə ailələrimiz üçün əlçatan olsun.

Elpida Psixoloji və Nitq Mərkəzi, Elpida Tədris Mərkəzini açmaqdakı əsas məqsədim xüsusi qayğıya ehtiyacı olan uşaqların həm psixoloji sağlamlığı, həm sosial adaptasiyası, həm də təlim-təhsil sahəsində inkişafını, cəmiyyətə doğru yönləndirilmiş adaptasiyasını kompleks şəklində təmin etmək və genişləndirməkdir. 

 

Rəylər

Tərəfdaşlar