Psixoanaliz psixologiyanın müxtəlif ölçü, proses və sahələrini tətqiq edən elm sahəsidir. Psixoloji problemlərin mənbəyini tapmaq və həll etmək üçün tətbiq olunur. Təcrübəli psixoterapevt tərəfindən aparılan seans zamanı pasiyentin şüuraltı və psixoloji davranışları analiz edilir. Beləliklə ən dərin psixoloji problemlər üzə çıxarılır və problemlərə uyğun həll yolları araşdırılır. Müayinə və araşdırmalar nəticəsində problemlər psixotəhlil yolu ilə həll edilir. Psixoanaliz effektiv və uzunmüddətli terapiya metodudur.
Tam sağlam olan insanlar düşüncələrində , duyğularında hər hansı bir çətinlik yaşadığı zaman öz düşüncə və duyğuları ilə qarşı qarşıya qalır, qərar verməkdə çətinlik çəkir, ailə daxili münasibətlər, karyeralarında ciddi problem yaşayırlar. Bu qərarsızlığa çarə tapmadığı üçün isə ətrafdakı insanlara yönəlir və ya problemi onlarla paylaşırlar. Bu insanlar da öz düşüncələri və duyğularına uyğun çıxış yolu təklif edir. Nəticədə qərar onların olur .
Başqaların fikirləri ilə yaşayan insanlar öz həyatları ilə deyil başqalarının həyatı ilə yaşamalı olurlar .
Psixoloq və ya psixoterapevt isə şəxsə və davranışa görə tam neytraldır, o xüsusi psixoterapiya vasitəsi ilə sizin düşüncə və duyğularınızı analiz etməkdə sizə kömək edir və sonda isə sağlam qərarı özünüz verirsiniz .
İlkin konsultasiyada tez tez rastlaşdığımız suallardan biri də seans nə qədər müddət çəkəcək olur. Qeyd edəki ki ,ilkin konultasiyada aparılan diaqnostik test zamanı klinik psixoloq tərəfindən ümumi dəyərləndirmə edilir . Dəyərləndirilmənin nəticəsi olaraq hər pasiyentə uyğun program və terapiya təyin olunur . Bunların neçə seans olması isə psiyentlərin şəxsi potensialından asılı olur .
Mərkəzimizdə hər programla seanslarımızı mövcuddur. İnkişaf geriliyi zamanı diaqnostik dəyərləndirmədən sonrakı mərhələdə uşağın hansı programla işlənilməsi bəlli olur. Program və terapiya hər pasiyentə fərdi seçildiyinə görə effektiv variantı o zaman dəyərləndirmək daha doğrudur.
lkin konsultasiya zamanı pasiyentə dəyərləndirmə edildikdən sonra uşağın nitqinin ləngiməsi və ya geriləməsi müəyyən edilir. (3 yaşadək nitq inkişafı ləngiməsi ;3 yaşdan sonra nitq geriliyi)
Əgər uşağın ümumi inkişafında heç bir problem müşahidə olunmursa (böyük motorika; kiçik motorika; sosial bacarıqlar xüsusən də analiz qabiliyyəti) bu zaman uşağın öz özünə nitqi açıla bilər, ancaq bu hal ən çox nitq inkişafı geriliyi deyil də nitq inkişafı ləngiməsində müşahidə olunur .
Məlum olduğu kimi uşaqlarda ilk olaraq nitq hecalar vasitəsi ilə formalaşır. Bu uşağın 6 -10 ay arasında inkişafına təsadüf etməlidir. 1yaşında uşağın söz ehtiyatı 5-10 sözdən ibarət olmalıdır. Qeyd edək ki , sağlam nitq inkişafı olan uşaqda hər ay söz lüğəti çoxalmalıdır.
Uşaqların nitqi inkişaf etdikcə söz ehtiyatının çoxalması ilə paralel anlama və qavraması və analiz qabiliyyəti də çoxalmalıdır. Əgər zaman keçdikcə qazanılan nitqin üzərinə söz ehtiyyatı çoxalmırsa, analizedici suallardan uşaq istifadə edə bilmirsə artıq bu nitq qabiliyyətinin ləngiməsindən xəbər verir .