ABA terapiyasi nedir?
- ABA terapiyası nədir?
- ABA terapiyasında məqsəd nədir?
- ABA terapiyası yalnız autizmli uşaqlara aiddir?
- ABA terapiyası (Applied Behavior Analysis) autizm spektor pozuntusu dioqanozu almış xüsusi ilə də məktəbəqədər yaş dövründə autizm simptomları daşıyan uşaqlara tətbiq edilir. İlk dəfə 1913 cü ildə John Watson tərəfindən yaradılan bir cərəyan olub son 20-30 il ərzində Amerikada autizmli uşaqlara tətbiq edilərək daha çox yayılmışdır. ABA terapiyası dünyada köhnə və təsiri sübut edilmiş yeganə autizm spektor pozuntusu müalicəsi olaraq hələ də öz keçərliliyini qorumaqdadır.
- ABA terapiyası autizmli uşaqların əskik qaldığı bacarıqları qazanmaqda ortaya çıxan davranış problemlərini aradan qaldırmağı hədəf olaraq seçmişdir. Burada əsas məqsəd autizmli uşaqda görülən yıxıcı davranış pozuntularının, istənməyən davranışların sönükləşdirilərək yox edilməsi, eyni zamanda sosial həyatda ona lazım olacaq davranışların öyrədilməsidir. ABA terapiyasında məqsəd uşağı modelə uyğunlaşdırmaq deyil, əksinə modeli autizm sektor pozuntusu olan uşağa uyğunlaşdırmaqdır. Tətbiq edilən metodun uşaq üzərindəki təsirləri araşdırılır, lazım gəldikdə dəyişdirilir və ya müsbət nəticə verirsə davam etdirilir. Burada əsas hədəf istənməyən davranışların azaldılması, müsbət davranışların artırılmasıdır. ABA terapiyası autizmli uşaqlarda vacib olan davranış bacarıqlarını inkişaf etdirir. Məs: yemək yeməyi, diş fırçalamağı, tualetə getməyi, pilləkənləri çıxıb düşməyi, sərbəst geyinib soyunmağı, istəklərini bildirməyi və s. böyüklərin davranışlarını təqlid edərək və ya refleksiv olaraq yerinə yetirən tipik inkişaf edən uşaqların əksinə autizmli uşaqlara bütün bunların hamısını xüsusi bir şəkildə öyrətmək lazımdır. Məs: bir uşağa sərbəst şəkildə yemək yeməyi öyrətsək, ona əlinə çəngəl-qaşıq almağı, onunla yemək yeməyi, götürdüyü yeməyi ağzına aparmağı öyrətməliyik. Bu öyrətmələr müddətində müxtəlif üsullardan istifadə edilirşaq davranışı yerinə yetirdikdən sonra onun üçün önəmli olan ya maddi ya da emosional möhkəmləndirici ilə mükafatlandırmaq. Nəhayət bir neçə həftə və ya ay ərzində (bir və ya iki də ola biər) bu davranışlar uşağa tam öyrədilə bilər.
- ABA terapiyası əslində davranış terapiyasıdır. Yəni şəxsin istənməyən, onun sosial həyatına mənfi təsir edəcək, kənarlaşdıracaq davranışları azaltmaqdır. Bu davranışlar sadəcə autizmdə deyil bir çox fərqli problemlərdə də görülə bilər. Autizmli şəxslərdə tətbiq edilən ABA terapiyası uşağın özünü kiçik yaşlarda ifadə edə bilməsi üzərinə tərtib edilmişdir.
ABA terapiyası autizmdən əlavə DƏHP, xüsusi öyrənmə çətinliyi kimi sahələrdə də tətbiq edilə bilər.
ABA terapiyası ilə aşağıdakı sahələrdə köməklik edilə bilər:
- Dil və ünsiyyət bacarıqlarını artırmaq.
- Diqqəti, sosial və akademik bacarıqları, yaddaşı inkişaf etdirmək.
- Problemli davranışı azaltmaq.