Nitqi İnkişaf Etdirməyin Yolları
Ünsiyyət və Nitq
Ünsiyyətə girmək bacarığı özümüzü bir şəxsiyyət kimi təsdiq etmək, əlaqələr qurmaq, cəmiyyətə nüfuz etmək və uyğunlaşdırmaq üçün vacib amildir. Ünsiyyətin inkişafına mane olan səbəblər aşağıdakılardır:
2. Əqli çatışmamazlıq
3. Ünsiyyət çatışmazlığı (ətrafdakıların uşaqla kifayət qədər ünsiyyətdə olmaması)
4. Ünsiyyət problemi (Uşağın özünün ünsiyyət problemi, məsələn autizm)
5. Nitq qüsurları
Ünsiyyət üçün lazım olan bacarıqlar.
2. Dinləmə
3. Anlama
4. Təqlid etmə və iştirak
5. Nitq
Nitqi İnkişaf Etdirməyin Yolları
0-1 yaş
1. Oyunu və ya hər hansı hərəkəti səslərlə ifadə edin. (məsələn: quş uçdu -prrrrr, am-am, hop-ba və s.)
2. Yatırılma zamanı lay-lay oxuyun.
3. Uşağa baxaraq müxtəlif səslər çıxarın ( a, o, u, e, ə, m) və bunları intonasiya ilə edin.
4. Uşağa səsi takrarlamağı öyrətmək üçün ilk olaraq, onun nitqində istifadə etdiyi səsləri siz özünüz təkrar edin. Sonra yeni səslər təklif edin.
5. Uşaq sait səsləri tələffüz edən zaman, əlinizin içi ilə onun ağzını yavaşca qapayıb açın. Sonra bu hərəkəti özünüz edin. Yenidən uşaqla təkrar edin.
6. Uşaq m, b samit səslərini tələffüz edən zaman şəhadət barmağınızla onun dodaqlarını yuxarıdan aşağıya doğru tez-tez sığallayın. Sonra bu hərəkəti özünüz də edin.
7. Uşaq bir hecanı təkrar edərkən, onun ardınca həmin hecanı 3-4 dəfə təkrar edin. Məs. ma-ma-ma və yenidən təkrar etməsini bir qədər gözləyin.
8. Uşaqla danışdıqca jestlərdən də istifadə edin.
9. Uşağa hər hansı əşyanı verərkən onun adını söyləyin. Uşaq yalnız əlini sizə uzatdiqdan sonra həmin əşyanı ona verin.
10. Uşağın çıxardığı səsləri və hecaları ətrafdakı əşyalarla uyğunlaşdırın və səsləndirin. Məsələn: əgər uşaq "ma" deyirsə "maşın" deyərək ona müvafiq oyuncağı, to-top, ba-baba deyərək onları göstərin.
11. Uşağa müxtəlif tapşırıqlar verin.
Topu mənə ver.
Kuklanın başını sigalla
Ataya "sağ ol" de və s.
12. Uşağa "olmaz" kəliməsinə mütləq əməl etməsini öyrədin. Ancaq bu kəlməni uşağa gün ərzində 7 dəfədən çox işlətmək doğru deyil. Onun yerinə "bunu etmək yaxşı deyil" kimi ifadələr işlətmək və ya başqa fəaliyyətə istiqamətləndirmək olar.
1-3 yaş
Bu yaş dövründə uşağın aparıcı fəaliyyət forması əşyalarla bağlı manipulyativ, hərəki fəaliyyətdir. Həmin dövrdə uşaqda dərk etmə və hərəki fəallıq sürətlə inkişaf etdiyindən nitqə güclü ehtiyac duyulur. Böyüklərlə birgə müxtəlif əşyalarla bağlı əməliyyatların yerinə yetirilməsi zamanı, hər bir əşyanın adını, nəyə xidmət etdiyini öyrənən uşaqda ətraf aləm haqqında təsəvvürlər formalaşır, lazımi bilik ehtiyatı toplanır, passiv və aktiv lüğət zənginləşir, sosial davranış təcrübəsi yaranır.
Bu yaş dövründə aşağıdakı bacarıqların inkişafına fikir vermək lazımdır.
1. Nitqi təqlid etmə
2. İştirak etmə
3. Öz növbəsini gözləmə
Kiçik yaşlarda uşağın ünsiyyət bacarığını inkişaf etdirmək üçün ən gözəl vasitə gündəlik situasiyalardan istifadə edilməsidir. Gündəlik situasiyalar zamanı qazanilan biliklər çox faydalıdır, ona görə ki, bu situasiyalar:
1. Təkrarlanandır.
2. Burada mütləq birgə fəaliyyət var.
3. Ailə üzvlərinin hər biri bu işdə iştirak edə bilər.
4. Bir fəaliyyət zamanı bir neçə şey öyrənmək olar.
5. Uşaq bilavasitə onu əhatə edən mühiti ətraflı öyrənir.
Nitqi gecikmiş uşaqlarla işi bir az fərqli istiqamətdə başlamaq daha məqsədəuyğundur. Bu uşaqlarla sözlərdən, anlayışlardan daha əvvəl müxtəlif mənalı şəkillərin, əşyaların, heyvanların və s. səsləndirilməsindən başlamaq olar. Bunun üçün ona hər səsə uyğun şəkil və ya əşya təqdim olunur və bu şəkilə, əşyaya uyğun səs çıxartmaq təklif olunur. Bu məşğələ həm də şəkil üzrə danışmaq və oxumaq prosesinin başlanğıcı üçün çox faydalıdır.
Canavar ulamasi u-u-u-u
Arı səsi vzzzzzz
Küləyin səsi v-v-v-v
Boşalan şarın səsi s-s-s-s
Qaynayan çaydanın səsi pıq-pıq-pıq
Yemək yeyirmiş kimi am-am-am, nam-nam-nam
Müxtəlif heyvan səslərinin çıxarılması və s.
Bu səsləri çıxarmaq uşağa həm maraqlı gəlir, həm də söz deməkdən daha rahat gəlir. Bu kimi bir çox səsləri təqlid etməyi öyrənmiş uşaq sözləri daha rahat mənimsəyir və istifadə etməyə başlayır.
Əziz valideynlər, bu 4 mərhələ və əlavə olaraq passiv nitq , "Nitqə hazırlıq mərhələsi" adlanır. İnkişafı normal olan və inkişafdan geri qalmış hər bir uşaq bu mərhələləri keçməlidir. Tələsməklə, uşağı və müəllimi daha çox yükləməklə irəli getmək istəyərkən daha geri gedəcək və işə mane olacaqsız. Bunu unutmayın.