Autizm nedir?
Autizm nedir?
- Autizm nədir?
- Autizm spektor pozuntusunun hansı növləri var?
- Autizmin səbəbləri nədir?
- Autizmin simptomları nələrdir?
- Autizmin diaqnozu necə qoyulur?
- Autizmin qarşısı alına bilərmi?
- Autizm spektor pozuntusunun tibbi müalicəsi varmı?
1.Autizm spektor pozuntusu həyatın ilk illərində, xüsusilə 3 yaşdan etibarən sosial qarşılıqlı münasibətlər zəminində çox ciddi problemlərlə özünü göstərən, eyni zamanda müəyyən stereotipik davranışlarla davam edən anadangəlmə inkişaf pozuntusudur.
2. Autizm spektor pozuntusunun aşağıdakı növləri var:
- Asperger sindromu
- Rett sindromu
- Uşağın dezinteqrativ pozuntusu
- Atipik otizm
3. Autizmin hal hazırda konkret bir səbəbi bilinmir. Ancaq bununla yanaşı genetik və ətraf aləm faktorlarının böyük rolu olduğu da bilinir. Genetik faktorlara baxıldığında bir neçə fərqli genin autizm spektor pozuntusunun yaranmasında böyük rol oynadığı görülür. Genetik mutasiyalar autizmə səbəb ola bilər. Bunlardan əlavə bəzi genlərin beyinin inkişafına, beyin hüceyrələrinin öz aralarında bağlanma formasına təsir edə bilər, hətta simptomların şiddətində də dəyişikliyə səbəb ola biləcəyi də ehtimal olunur.
Ətraf aləm faktorlarına baxıldığında isə müasir dövrdə viral infeksiyalar, hamiləlik dönəmində istifadə olunan dərmanlar, anaların qidalanma tərzi, həyat tərzi və ya hava kirliliyi kimi faktorların autizm spektor pozuntusuna səbəb ola biləcəyi düşünülür.
4. Uşaqlar həyatın ilk illərində normal inkişaf göstərə bilər. Lakin 2,5- 3 yaşına çatanda ani olaraq geriləyə, qazandığı vərdişlərini, həmçinin nitq vərdişlərini itirə, içinə qapana, sosial münasibətləri pozula, stereotipik davranışları yarana bilər. 3 yaşından öncə də müəyyən göstəricilərdən uşaqda inkişaf pozuntusunun ola biləcəyindən şübhələnmək olar. Uşaqda yemə və yuxu pozuntusu varsa, həzm sistemində problem varsa, səbəbsiz ağlamaları varsa bu sizin üçün fərqindəlik yarada bilər. Aşağıdakı simptomlardan bir neçəsi (ən az 6) uşaqda varsa, mütəxəssisə müraciət etmək məsləhətdi.
Sosial münasibətlər zəminində simptomlar:
- Adını deyərkən reaksiya verməməsi
- Müraciət etdiyiniz zaman sankı sizi eşitmir
- Göz təmasından qaçması, aydın üz ifadəsinin olmaması
- Öz özünə söhbət başlada bilməməsi və ya başlanmış söhbəti davam etdirə bilməməsi
- Duyğularını və hislərini ifadə edə bilməməsi
- Təhlükə hissinin olmaması
- Qarşılıqlı sosial münasibətlərdə çətinlik
- İnadkarlıq, aqressivlik
- Diqqətini yönləndirib sürdürə bilməməsi
- Ətrafının fərqində olmaması və hədsiz bağlılıq
- Sadə komandaları anlamaması
- Üz ifadələrini anlamaqda çətinlik çəkmək
- İstəyini bildirə bilməməsi, göstərə bilməməsi və.s
Davranış sahəsində simptomlar
- İrəli geri yellənmə, əl çırpma, quş kimi qanad çırpma
- Dişləmə, vurma kimi davranışlar
- Koordinasiya problemi
- Ayaq barmaqları üzərində yerimə
- Kiçik və Böyük motorikada problemlər
- Fırlanan əşyalara qarşı həssaslıq
- İşığa, təmasa, səsə qarşı hədsiz həssaslıq
- Təqlid bacarığının olmaması
- Hər hansı bir əşyaya hədsiz bağlanma
- Müəyyən qidaları və ya tamamilə yeməyi rədd etmə və s.
5. Autizm spekturum pozuntusunu müəyyənləşdirmək üçün konkret bir test yoxdur. Uşaq Nevroloqu və ya uşaq psixiatrı müəyyən inkişaf göstəricilərinin yoxlanması ilə diaqnozu qoya bilər. Həkim uşağın koqnitiv, dil və sosial bacarıqlarında ola biləcək gecikmələri müəyyənləşdirən inkişaf testlərin istifadəsini tövsiyyə edə bilər.
6. Autizm spektor pozuntusunun ana bətnində olarkən inkişaf pozuntusu olub olmayacağı müəyyənləşdirilə bilmir. Fəqət həkimlər risqi azaltmaq üçün müəyyən tövsiyyələr verir.
- Kişilərin gec yaşda ata olmaqdan qaçınması
- Hamiləlikdən öncə müəyyən detoksların edilməsi
- Sağlam qidalanma
- Hamiləlik dövründə spirtli içkidən, tütündən istifadədən imtina edilməsi və. s
7. Autizm spektor pozuntusu tibbi problem olmasına baxmayaraq nə pozuntunun qarşısının alınmasında nə də pozuntunun müalicə edilməsində dərman pereparatları mövcud deyil. Bu şəxslərə dərman yanlız autizmlə yanaşı başqa problemlər görüldüyü zaman təyin edilir. Müasir dövrdə autizm spektor pozuntusuna səbəb olan genlərin müəyyənləşdirilməsi və müalicə edilə bilməsi üçün müəyyən dərmanlar üzərində araşdırmalar aparılır.
Bu uşaqlara erkən yaşda diaqnoz qoyulub, uşağın ehtiyacına uyğun terapiya proqramlarının təyin edilməsi vacibdir. Burada məqsəd uşağın davranış problemlərini həll etmək, koqnitiv bacarıqlarını artırmaqdır. Hər uşaqda görülən simptomlar və dərəcə fərqli olduğu üçün terapiya proqramları da uşağın ehtiyacına uyğun seçilməlidir. Seçilmiş terapiyaların məqsədi uşağın problemli davranışını azaltmaq, inkişafını, öyrənməyi dəstəkləmək, uşağın bacarıqlarını inkişaf etdirmək, ünsiyyət problemlərini həll etməsinə kömək etməkdir.