Borderline şəxsiyyət pozuntusu
Borderline şəxsiyyət anlayışı ilk dəfə Adolf Stern tərəfindən anılmışdır. Borderline şəxsiyyət pozuntusu isə 1975 ci ildə Avstryalı psixiatr Otto Kernberq tərəfindən təyin edilmişdir.
- Borderline şəxsiyyət pozuntusu nədir?
Borderline şəxsiyyət pozuntusu, şəxsin düşüncə və qavrayış formasında, insanlara qarşı olan duyğularında və ikili münasibətlərdə problemlərə səbəb olan bir psixiatrik pozuntudur. Xəstəliyi müəyyən edən “borderline” sözü “sərhəddə, qeyri-müəyyən” deməkdir. Bunun səbəbi borderline şəxsiyyət pozuntusu müəyyənləşdirildiyi ilk dövrdə nevroz və psixoz olaraq adlandırılan iki psixiatrik pozuntu arasında qəbul edilməsidir.
Bu pozuntu əsasən yeniyetməlik və gənclik dövründə ortaya çıxır.
- Borderline şəxsiyyət pozuntusu simptomları nələrdir?
Borderline şəxsiyyət pozuntusu olan şəxslərdə ani ruh halı dəyişikliyi görülür. Bu pozuntuya sahib şəxslər tez-tez həyatdakı rollarını, reallıqda kim olduqlarını, nə məqsədlə yaşadıqlarını düşünürlər. Bu düşüncələrdə sürətli dəyişiklik şəxsin digər dəyərlərinin, maraq dairələrinin də dəyişməsinə səbəb olur. Borderline şəxsiyyət pozuntusu olan şəxslər hadisələri və vəziyyəti kəskin bir formada dəyərləndirirlər. Bu şəxslərə görə bir hadisə ya çox yaxşıdır və ya çox pisdir, ortası yoxdur. Bu pozuntusu olan şəxslərin digər şəxslər haqqında fikirləri ani olaraq dəyişə bilir. Bir gün biri ilə ilə çox səmimi olduğu halda, başqa bir gün düşmən kimi də davrana bilər. Bu səbəbdən ikili münasibətlərdə davamiyyət zəifdir. Bununla yanaşı ikili münasibətlərdə şişirdilmiş duyğular hiss edə, davrana bilərlər.
Borderline şəxsiyyət pozuntusuna sahib şəxslərdə bunlar müşahidə olunur:
- Ailə, dost və sosial münasibətdə olduğu şəxslərlə bağlı qütb duyğulara sahib olmaq
- Mənlik duyğusunda pozulma, həddi aşma
- Biri ilə çox tez yaxın münasibət qurmaq və ya yaxın olduğu biri ilə səbəbsiz və anidən münasibəti kəsmək
- Özünə zərər vermək
- İntihar düşüncəsi və ya cəhd
- Diqqətsiz və sürərli maşın sürmə, qumar oynama, hədsiz pul xərcləmə,şişirdilmiş cinsi davranışlar, narkotik maddə istifadəsi
- Ani əhval-ruhiyyə dəyişimi
- Qəzəbi kontrol etməkdə çətinlik
- Boşluqda hiss etmə
- Digər insanlar haqqında şübhəci davranmaq, güvən problemi yaşamaq kimi simptomlar görünə bilər.
Bu xəstələrdə göstərilən simptomların hamısı görülməyə bilər. Bir şəxsdə bu simptomları əksəriyyəti, bəzilərində sadəcə bir neçəsi görülə bilər. Bu simptomların sayı, görülmə müddəti, şiddəti xəstədən xəstəyə dəyişə bilir. İkili münasibətlərdə yaşanan problemlər bu xəstəliyin sürətləndirə və simptomların görülməsinə səbəb ola bilər.
- Borderline şəxsiyyət pozuntusunun yaranma səbəbləri
Bu şəxsiyyət pozuntusuna hansı faktorların səbəb olduğu tam olraq bilinməsə də, bəzi faktorların varlığı bu xəstəliyin inkişafına təsir edir.Məsələn genetik faktorlar bu xəstəliyin inkişafına təsir edir. Yaxın qohumlar arasında borderline şəxsiyyət pozuntusu olan şəxslərin bu xəstəliyə tutulma ehtimalı yüksəkdir.
Borderline şəxsiyyət pozuntusuna sahib şəxslər arasında uşaqlıq dövründə baxımsızlıq, təcavüz, tərk edilmə kimi hadisələr yaşayan şəxslərin sayı çoxdur. Amma bu pozuntuya sırf uşaqlıq dövrü travmaları səbəb olur demək yanlışdır. Psixyatrik xəstəliklər bir çox faktorun birlikdə təsirinin nəticəsində yaranır.
Bir çox psixiatrik pozuntu kimi Borderline şəxsiyyət pozuntusu da digər psixoloji problemlərə səbəb olur.
- Müalicəsi
Borderline diaqnozu psixiatr tərəfindən müəyyən testlərin işlənməsi, psixoloji dəyərləndirmə, tibbi müayinə, simptomların araşdırılması ilə təyin olunur.Uşaqlıq və gənclik dövründə görülən simptomlar yaş irəlilədikcə azala bilər. Bu səbəbdən kiçik yaş qrupundakı şəxslərə Borderline şəxsiyyət pozuntusu diaqnozu qoyulmur.
Müalicədə istfadə olunan əsas metod psixoterapiyadır. Ehtiyac olduğu təqdirdə psixiatr tərəfindən dərman müalicəsi ilə də dəstək verilə bilər. Müalicə uzun müddətlidir və müalicə müddətində xəstənin yaxın ətrafının da dəstək olması vacibdir.