Duyğular nədir və hansı faydaları var?
Duyğu-psixi dərketmə və əksolunma prosesidir.Duyğuların vasitəsilə biz ətrafda baş verən hadisələri 7 şəxsi dəyərləndirmə və yanaşmalarımızla müəyyən edirik. Duyğular xarici və daxili olmaqla 2 yerə ayrılır. Bədənimizin xaricində yerləşən duyğular-görmə, eşitmə,dadbilmə,qoxu və toxunma,bədənimizin daxilində olan duyğular-interoseptiv,vestibulyar və proprioseptiv duyğulardır. O, gözün tor qişasında yerləşir və işıqla aktivləşir. Görmə duyğumuz obyektləri, insanları, rəngləri və məkan sərhədlərini tanımağa kömək edir.Körpələrdə ilk vizual inkişaf ana bətnində başlayır.Ana bətnində olan körpə ətraf mühitin işıqlı və ya qaranlıq olduğunu ayırd edə bilir.
Dadbilmə:
Dildəki kimyəvi resoptorlar tərəfinden ifraz olunur.Şirin, acı,turş və duzlu kimi müxtəlif dadları qavramağa imkan verir.Körpələrdə ana bətnində əmmə refleksi ilə birlikdə dad sistemi də inkişaf edir.
Qoxu:
Burundakı kimyəvi reseptorlar vasitəsilə yaxın ətrafımızdakı qoxular haqqında məlumat alırıq.
Eşitmə:
Havadakı səs dalğalarının titrəyişləri xarici qulaqda toplanaraq daxili qulaqdakı reseptorları gücləndirdikcə, biz ətrafımızdakı səsləri qavrayırıq və beyin sapında anlamlandırırıq.Eşitmə sistemimiz hamiləliyin 20-ci həftəsindəki körpə artiq anasının səsini eşidir və ətrafdan gələn səsləri aydın sözlərlə olmasa da taniya bilir.Eşitmə sistemimiz ünsiyyət , nitq, öyrənmə, ritm və koordinasiya kimi bir çox bacarıqlarımızın inkişafı üçün də vacibdir.
Toxunma:
Toxunma insan bədəninin ən boyuk orqanı olan dəri vasitəsi ilə qəbul edilir.Ağırlığı anlamaq,gözlənilməz toxunuşları anlayaraq qorunma təmin etmək və toxunaraq cisimləri öyrənməyimizə imkan verir.Toxunma sistemimiz :dil, motor və koqnitiv bacarıqlarımızı inkişaf etdirir. Uşaqlarda insanlarla ünsiyyət, sosiallaşma,davranışın təşkili, yemək yemək,danışma bacarıqları və tualet vərdişləri kimi bacarıqlar toxunma şüuru ilə inkişaf edir.
Daxili duyğularımız:
Daxili orqanlarımızdan gələn məlumatları qəbul etməyimizi təmin edən duyğularımızdır.
İnteroseptiv duyğu:
Toxluq, aclıq,suzluq, yorğunluq, qaşınma, qıdıqlanma,qızdırma,zəiflik kimi bədənimizdəki fizioloji dəyişikliklərdən xəbərdar olmağımızı təmin edən interoseptiv duygumuzdur. Hiss etdiklərimizə uyğun reaksiyalar verərək və bədənimizi qoruyaraq həyatımızı sağlam şəkildə yaşayırıq.
Vestibulyar duyğu:
Vestibulyar sistem beynimizin “serebellum”hissəsində yerləşir.Sürət,hərəkət və tarazliq hissi olaraq tanınır.Ana bətnində 4-5 həftələrdə inkişaf etməyə başlayır.Vestibulyar duyğu orqanı daxili qulağımızda başımızın içində yerləşir.Yerləşdiyi yer sayəsində həm öz bədənimizin , həm də ətrafımızdakı insanların və cisimlərin hərəkət sürətini və istiqamətini kəşf etməyi, tarazlıq və koordinasiya bacarıqlarını tənzimləyir. Başın hər iki tərəfində vestibulyar orqanlar düzgün işlədikdə beyinə eyni simmetrik siqnallar göndərirlər.Bu isə insanın özünü tarazlı hiss etməsinə və yaxşi bir kosmik yönümlü olmasına imkan verir.
Proprioseptiv duygu:
Bu duyğu ana bətnindən başlayır və sonrakı dövrdə də inkişafını davam elətdirir.Beləki doğulmamış körpə anasının qarnını itələyərək , ayaqlarını və əllərini hərəkət elətdirərək , özünün bədən duyumunu ( fərqini) aktivləşdirir. Bu duyğu beynimizin “ somatik beyin” hissəsində işlənir.O, əzələlərdə vətərlərdə və oynaqlarda yerləşir.Bədən hissələrinin harada olduğu və necə hərəkət etdiyi haqqında beyinə məlumat ötürür.Məsələn: gözlərimiz bağlı olduğu halda əllərimizin,ayaqlarımızın , başımızın hansı vəziyyətdə olduğunu anlamağa imkan verən məhz bu duyğumuzdur.Məlumdur ki, diqqət və koordinasiya, idman bacarıqları, düzgün davranışların təşkili kimi yüksək səviyyəli bacarıqların əsasında proprioseptiv sistem dayanır.Bu duyğu insana özünə inam, güvən, sakitlik, bədən rahatlığı və diqqəti cəmləmə kimi yüksək keyfiyyətli bacarıqlar verir.