Duyu Butunleme

Duyu butunleme nedir

Duyu Butunleme

Duyu bütünleme nedir?

İnsan bədənindən və ətraf mühitdən aldığı duyğu məlumatını beyində qavramaq, şərh etmək və inteqrasiya etmek prosseslərindən keçir və yaranan sensor malumatlardan mütəşəkkil reaksiyanı ortaya çıxartmaq üçün istifadə edir. Sensor inteqrasiya terapiyası uşağın mərkəzi sinir sisteminə birbaşa təsir etdiyi üçün sinir sisteminin inkişafını temin edir. Sensor inteqrasiya dinamik, davamlı və dövri xarakter daşıyır. Duyu bütünləmə nəzəriyyəsini ilk dəfə 1960-cı ildə Amerikalı ergoterapist və psixoloq A. Jean Ayres yaradıb. J. Ayresa görə sinir sisteminin 80 faizindən çoxu sensor girişin işlənməsi və ya təşkilində iştirak edir və buna görə də beyin əsas sensor inteqrasiya maşınıdır. Əgər hisslərimizi effektiv şəkildə birləşdirsək, onda ətrafımızı daha yaxşı mənimsəyə və uyğunlaşa bilərik.

Duyğular beynimizə adaptiv cavablar, yəni çətinliklərlə qarşılaşmağa və yeni dərslər öyrənməyə kömək edən hərəkətlər və düşüncələrdir. Bütün gücümüzü həyatda sağ qalmaq üçün sərf etmediyimiz və güvəndiyimiz zaman duyğularımızdan öyrənmək, hərəkət etmək, işləmək və başqaları ilə münasibətlərimizdən həzz almaq kimi gündəlik insan vazifələri üçün istifadə edə bilərik.

Duyu bütünləməyə qəbul və aşkarlama, inteqrasiya, modulyasiya, sensor diskriminasiya, postural cavablar və təcrübə prossesləri daxildir. Bütün bu cavablar eyni vaxtda baş verir. Cavabın ortaya çıxması üçün duyğuların bütünləşməsi, inteqrasiya etməsi lazımdır.

Prosseslərin açıqlaması:

Qəbul etmə və aşkarlama.

Proseslerden biri hissiyatı alma, qəbul etmə və aşkarlamadır. Hər günün hər dəqiqəsində periferik sinir sistemi vasitəsilə milyonlarla hisslər qəbul edilir. Periferik sinir sistemi sinirlərin başladığı və bitdiyi yerde beyin və onurğa xaricindaki sinir sistemidir. Dəridən, əzələlərdən və burundan gələn məlumatlar, periferik sinir sistemindən keçərək mərkəzi sinir sisteminə çatır və qəbul edilir.

 

İnteqrasiya.

İnteqrasiya hisslərin beyində bir və ya daha çox duyğu sistemi ilə birləşmə prossesinin bir hissəsidir. "Komanda ilə tanış olun!" beyin müxtəlif hisslərə deyir. "Toxunma, Görmə ilə birləşin, Eşitmə, Hərəkət ilə birləş". Daha çox sensor sistemlər cəlb olunduqca, məlumat daha dəqiq və çoxölçülü olur və təbii ki, insanın adaptiv reaksiyası daha effektiv olur.

Modulyasiya

Sensor inteqrasiyanın başqa bir komponenti modulyasiyadır. Bu, beynin duyğu girişinin tənzimlənməsini təsvir etmək üçün istifadə olunan termindir. Modulyasiya mərkəzi sinir sisteminə sensor məlumat axınını daim tənzimləyir və tarazlaşdırır. Sensor sistemlər bizi sinxronlaşdırmaq üçün daim işləməlidir.

Sensor diskriminasiya .

Sensor emalının başqa bir aspekti ayırd etmə-seçmədir. Bu, həssas stimullar arasındakı fərqləri başa düşməkdir. Ayırd etmə-seçmə hisslərin müvəqqəti və daimi xüsusiyyətlərinə aiddir.

Postural reaksiyalar.

Normal hərəkət üçün effektiv sensor inteqrasiya tələb olunur. Lazım olan duyğu məlumatı ilə təchiz olunmuş uşaq düzgün duruş reaksiyaları verir və bədənin hər iki tərəfindən balanslı şəkildə istifadə edir.

Postural reaksiyalar uşağın bədənini başını və boynunu cazibə qüvvəsinə qarşı dik tutma qabiliyyətini yaxşılaşdırır. Onun tarazlığı və bədənin hər iki tərəfinin koordinasiyası ona müxtəlif hərəkətləri və mövqeləri sınamağa imkan verir: Uşaq sabit mövqə tuta bilir və bir müddət bu vəziyyətdə qala bilir. Həmçinin düşmüş qələmi götürmək üçün əyilmək və sonra ayağa qalxıb tarazlığını bərpa etmək kimi dəyişkən mövqelərə də girə bilər.

 

Duyu bütünləmə mütəxəssisinin dəstəyi nədir?

Duyu bütünləmə mütəxəssisi uşağın duyğu sistemindəki problemini dəyərləndirmə edərək təyin edir və bunun əsasında hər fərdə uyğun proqram tərtib edir. Hərəkət problemi olan uşağa fiziki koordinasiya texnikalarından  (dəngə taxtası, nərdivan), diqqət çatışmamazlığını aradan qaldırmaq üçün yellençəklərdən, hədəf toplarından istifadə edir. Mütəxəssisin məqsədi uşağın hərəkətliliyini artırmaq, gündəlik həyat fəaliyyətinə, ətraf mühitə uyğunlaşdırmaq, öyrənmə, dərk etmə qabiliyyətlərini, duyğularındakı pozuntuları terapiya etmekdir.

Duyğu sistemindəki problemləri həll etmək üçün Duyu Bütünləmə mütəxəssisinə müraciət etmək lazımdır.