Exolaliya nedir?
Exolaliya termini yunanca təkrarlanmaq mənasını ifadə edir. Bu zaman insan cavab vermək əvəzinə, qarşısındakının dediyini təkrarlayır. Autizm , Turet sindromu, Afaziya, Şizofreniya, bəzən isə psixoloji digər hallarda exolaliya müşahidə olunur.
Autizimdən əziyyət çəkən uşaqlarda bir çox nitq qüsurlarına rast gəlinir. Bu qüsurların arasında exolaliya xüsusi yer tutur. Bildiyimiz kimi autizmde streatip davranışlar xarakterikdir. Bu səbəbdən exolaliya auitizm üçün səciyyəvi nitq qüsuru hesab olunur. Körpələr dil açmağa başladıqda ətrafda eşitdikləri səsləri, sözləri təkrarlamağa çalışırlar. Bu cür təkrarlanma 2-3 yaşa qədər dəvam edir. Lakin autizimli şəxlərdə exolaliya daha uzun çəkir. Bəzən bütün həyatları boyu exololiya dəvam edir
Autizimli şəxslərdə exololiya 2 formada özünü göstərir:
• Anında yaranan exolaliya
• Gecikmiş exolaliya
Anında yaranan exolaliya zamanı uşaq eşitdiyi səsləri, sözləri dərhal təkrarlamağa başlayır.
Məsələn uşağa “yemək yeyirsən” sualını verdikdə o eyni şəkildə “yemək yeyirəm” cavabını verir.
Gecikmiş exololiya zamanı isə uşaq günlər, aylar əvvəl eşitdiyi sözləri təkrarlayır. Bu zaman beyinə siqnal gec çatır.
Exololiya ən çox auitizm Asperger formasında rast gəlinir.
Exololiyanı azaltmaq üçün onun səbəbini araşdırmaq lazımdır.Exololiya 2 səbəbdən yaranır. Bəziləri diqqət çəkmək üçün edirsə, nitq zamanı exololiyaya fikir verməmək lazımdır. Çünki biz diqqət etsək, exololiya daha da artacaq.
Biz bilirik ki autizimli uşaqlar komandaları anlamadıqları üçün qarşıdakının nitqini təkrarlayır. Bu hal ən çpx dialogi nitq zamanı baş verir.
Exolaliya halı uşaqda müşahidə olunduqda artıq valideyn mütəxəssisə müraciət etməli və düzgün koreksiya iş tətbiq olunmalıdır, Çünki exolaliya vaxtında üzərinə düşülməzsə yetkin yaşlara qədər davam edən problemdir.
Exolaliyanın korreksiyası zamanı nə etməliyik?
Əgər uşaq bilərəkdən edirsə bunu maksimum görməzdən gəlirik, yox əgər uşaq anlamayıb, qavramayıb sözü təkrar edirsə onun anlamasını, qavramasını, anazilizini işləmək lazımdır.