İnkisaf geriliyi olan usaqlarla unsiyyet qurmaq yollari

İnkisaf geriliyi olan usaqlarla unsiyyet qurmaq yollari
10 Avq, 2023 Şahanə Nuriyeva

İnkisaf geriliyi olan usaqlarla unsiyyet qurmaq yollari

Valideynlər inkişaf geriliyi olan uşaqlarla necə ünsiyyət qurmalıdır?

İnkişaf geriliyi olan uşaqların valideynləri üçün gündəlik situasiyalar zamanı ünsiyyət qaydaları:

✓ Uşaqla çoxlu danışın.

✓ Uşağınızla danışmazdan əvvəl onun adını çəkməklə və ona toxunmaqla diqqətini özünüzə çəkin və əmin olun ki, siz onunla söhbət edərkən o, sizə baxır.

✓ Uşağın səviyyəsində oturun və onunla söhbət edərkən üzünə, xüsusilə gözlərinə baxın.

✓ Danışarkən jestlərdən və nitqdən istifadə edin. (jestlərdən ona görə ki, diqqəti dağılmasın, sizdə qalsın).

✓ Hər hansı bir fəaliyyət növünün öyrədilmə prosesini oyun formasında, şən və mükafatlandırma ilə keçirin. 

✓ Haqqında danışdığınız əşyanı, şəkli fəaliyyəti ona əyani göstərməyə çalışın ki təsəvvür də yaransın və rahat qavraya bilsin.

✓ Yamsılamalardan istifadə edin. Sonra onun da etməsi üçün həvəsləndirin.

✓ Öyrətmək istədiyiniz fəaliyyət növünü öyrənənə qədər hər gün təkrarlayın.

✓ Aydın və sadə dildən istifadə edin, daha vacib sözləri vurğulayın.

✓ Nə etmək istədiyinizi uşağa göstərin və ona kömək edin ki, sizi təqlid etsin.

✓ Əgər uşağın ehtiyacı varsa ona kömək edin, ancaq bu kömək həddən artıq olmasın, dəstəyi tədricən azaldın.

✓ Yerinə yetirdiyi hər işdə uşağı sərbəstliyə alışdırmağa çalışın.

 

Yadda saxlayın ki, uşağınız sizdən nə qədər az asılı olarsa, həm uşaq özü, həm də siz bir o qədər sərbəst olarsınız. Özünü sərbəst hiss edən uşaqlar daha rahat ünsiyyət qurur, danışır və öyrənməyə meyilli olur.

 

#inkişafgeriliyi #valideynuşaqmünasibəti #psixologiya #elpidapsixolojivenitqmerkezi