Kekeleme nedir?
Kəkələmə
Kəkələmə nitqin ritminin, surətinin və axıcılığının pozulmasıdır.
Kəkələmə xarakterinə görə 3 yerə bölünür:
1)Klonik
2)Tonik
3)Qarışıq
Klonik kəkələmə-səslərin, hecaların, sözlərin bir neçə dəfə təkrarlanmasıdır. Məsələn: Mən məmə-mə məktəbə gedirəm.
Tonik Kəkələmə - Sözdə səslərin tutulması ilə baş verir. Məsələn: Mən, m-m-m-məktəbə gedirəm. Tonik Kəkələmə özüdə 3 yerə bölünür:
a) Prolonqanik - tonik
b) Blokanik - tonik
c) Qarışıq - tonik
Prolonqanik-tonik – sözdə sait səslərin tutulması ilə müşahidə olunur, bu zaman səslər proloqonasiya olunur. Blakonik-tonikdə nitq blokadaya düşür, bu samit səslərin tutulmasında özünü daha çox göstərir. Qarışıq-tonik həm proloqanik, həm də blokonik baş verir.
Qarışıq kəkələmə, kəkələmənin ən ağır növüdür. Bu növdə tonik və klonik hər ikisi müşahidə olunur. Qarışıq kəkələmədə tiklərdə daha çox artış görülür.
Kəkələmənin Əlamətləri Nədir?
Kəkələyən şəxslər danışanda çox gərgin olurlar. Belə şəxslər danışarkən nəfəsləri çatmadığından danışıqları dayana və ya bağlana bilər. Cümlələrdə sözlərin tez-tez təkrarlanması, uzadılması, tutulması müşahidə edilə bilər. Kəkələyən şəxslər telefonla danışarkən, evdə, məktəbdə, işdə bir sıra fəalliyətlərdə çətinliklər yaşayırlar. Onlar ətrafın mənfi reaksiyasından narahat olurlar.
Kəkələmə çox zaman 3-5 yaşlı uşaqlar arasında inkişaf edir. Qızlara nisbətən oğlanlar arasında daha çox inkişaf edib.
Kəkələyən uşaqlarla loqaped və psixoloqun birgə işi daha effektiv nəticə verir. Müalicə şəxsin xüsusiyyətlərinə və onda olan problemə uyğun aparılır.
Kəkələyən uşaqların diafraqmaları döş boşluğuna çox yaxın olur, ağciyərləri daha az hava saxlaya bildiyi üçün kəkələmə zamanı uşaqlar nəfəslərini tənzimləməkdə çətinlik çəkirlər. Buna görə də loqapedik seanslar zamanı nəfəs texnikaları ilə düzgün nəfəs alıb vermə öyrədilir. Diafraqma əzələsi inkişaf etdirilir. Bu seanslarda nəfəs məşqləri, heca ilə, pıçıltı ilə, partlayışla danışmaq və.s kimi danışıq texnikaları ilə işlənilir. Uşaq nitqini idarə etməyi öyrənir. Loqopedik seansların effektiv olması üçün valdeynlər evdə uşaqla birliktə çalışmalıdır.
Valideynlər kəkələyən uşaqların düzgün qidalanmasına fikir verməlidirlər.
Nə yemək olmaz?
- Konservatlar
- Qazlı içkilər
- ədvalı, şirin, acı, turş, suxarı, qızartmalar, cips, kofe
Kəkələyən uşaqlar daha çox tərəvəzlər, ağartı məhsulları, kəklikotu çaylar kimi xeyirli məhsullar tükətməlidirlər.