Kiçik matorikanın nitqlə əlaqəsi, kiçik matorikanın nitqdə rolu

16 Avq 2024 Yeganə Mirzəyeva

Kiçik matorikanın nitqlə əlaqəsi, kiçik matorikanın nitqdə rolu

Ümumiyyətlə matorika nədir? Matorika hərəkət deməkdir. Yəni uşağın sümük əzələ sisteminin inkişafı deməkdir. Matorika 2 hissəyə bölünür:
1) Böyük matorika
2) Kiçik matorika
 Böyük matorika dedikdə uşağın duruşu, yeriməyi və.s kimi hərəkətləri nəzərdə tutulur.
 Kiçik matorika dedikdə isə uşağın bilək və barmaq hərəkətləri nəzərdə tutulur. Kiçik matorika lap körpəlikdən inkişaf etməlidir. Əvvəlcə uşaq nə isə götürməyi, daha sonra əldən-ələ verməyi, fırçanı, qaşığı tutmağı öyrənməlidir. Məktəbə qədər və məktəbli yaşlarında matorika hərəkətləri daha da çətinləşir. 
 Buna görə də uşağın matorikasını körpə vaxtindan inkişaf etdirmək lazımdır.
Uşaqlarda kiçik matorikanın inkişafı diqqəti yaxşılaşdırır, yaddaşı, eşitməni,vizual görməni,oyun fəaliyyətini formalaşdırır.
 Kiçik matorikanın nitqə böyük təsiri var, demək olar ki, matorika nə qədər yaxşı inkişaf etsə, nitq də bir o qədər inkişafda olar.Bunu alimlər çoxsaylı müşahidə əsasında sübut etmişdirlər.Ukraniyalı yazıçı,sosialist 
əməyi qəhrəmanı Suxomlinskinin dediyinə görə, uşaqların bacarıq və istedad mənbəyi barmaqlarının ucundadır.
Bioloji aktiv nöqtələr insanın əllərində yerləşir. Ona görə də, əllər nə qədər hərəkət eləsə, uşaq bir o qədər ağıllı olur və nitq inkişaf edir. Evdə valideyinlər 
uşaqların kiçik matorikasının inkişafı üçün düymələrdən, şpilkalardan, qaşıq, qayçı, və.s kimi əşyalardan istifadə edə bilərlər. Nitq qüsurlu uşaqlar bizə lqopedlərə müraciət etdikdə biz ilk növbədə onun kiçik matorikasını 
yoxlayırıq.Əlin ölçüsü və matorikaya yaxın olması onun “nitq orqanı” kimi qəbul olunmasına səbəb verir.Ona görə də uşaqlarda nitqdən əvvəl kiçik matorikanı 
inkişaf etdirmək lazımdır. Kiçik matorikanın inkişafı üçün, uşağın barmaqlarını masaj etməklə biz baş beyin qabığı ilə əlaqəli aktiv nöqtələrə təsir etmiş oluruq.Barmaq gimnastikaları da kiçik matorikanının inkişafına böyük təsir göstərir.
Kiçik matorikanın inkişafına aid olan tapşırıqların xeyrini gələcəkdə görəcəksiniz.Əgər uşağınız kiçik matorik çalışmalardan qaçırsa, bunları etməkdə çətinlik çəkirsinizsə o zaman mütəxəssisə müraciət etməyiniz məsləhətdir.