Loqopedik dəyərləndirmə zamanı nələrə xüsusi diqqət yetirməliyik?
Hər bir diaqnozun ayrı-ayrılıqda loqopedik nitq xəritəsi olmasa da bəzi diaqnozlarin nitq xəritəsi var. Məsələn Alaliya, NİL, PİL, Autizm və s kimi diaqnozlari umumi nitq xəritəsi ilə diaqnostika edə bilirik. Amma Dislaliya, dizartriya və kəkələmə diaqnozlarının özünəməxsus xüsusiyyətləri ve bizim xüsusi diqqət etməli olduğumuz məqamlar olduğu üçün bu diaqnozların ayrıca nitq xəritələri mövcuddur.
Bütün nitq xəritələri uşaq haqqında ümumi anamnez ilə başlayır. Valideyndən xüsusilə anadan (prenatal, natal, postnatal dövrlərə görə) ümumi məlumatı aldiqdan sonra pasienti (uşağı) fərdi yoxlanmasına keçə bilərik. Böyük və yeniyetmələrin diaqnostikası fərdi keçirilməlidir. Uşaqlarda vəziyyət dəyişə bilər. Buna loqoped uşağın xarakterik xüsusiyyətləri və ana-uşaq münasibətlərini nəzərə alaraq qərar verə bilər.
Ümumi müayinə zamanı diqqət edilməlidir:
1.Nitq inkişafına dair məlumat: sıçrayışla, tədricən, fasilələrlə
2. Eşitmə
3. Görmə
4. Ümümi motorikanın vəziyyəti
5. Kiçik motorikanın vəziyyəti
6. Qavrama: məkan təsəvvürləri, rənglər, formalar, həcm və miqdar, zaman, qruplaşdırma, yaddaş ( görmə əsasında yoxsa eşitmə əsasında)
7. Nitqin ümumi səslənməsi: temp, səs, nəfəsalma, səlistlik
8. Artikulyar motorika: üz əzələlərinin vəziyyəti, dil, sərt damaq, dodaqlar, dişlər
9. Tanima
10. Adlandırma
11. Söz və ifadələrin təkrarlanması
12. Leksika : Əşya lüğəti və s.
13. Fellərin lüğəti
14. Peşələr haqqında
15. Tək-cəm anlayışı
16. Əks məna danışyan sözlər
17. Hal-vəziyyət bildirən sözlər
18. Rabitəli nitq
19. Şəkilə baxib hekayə qurmaq
20. Hekayəni dinlə və danış
Uşağın yaşına və diaqnozuna görə bəndlər artira və azalda bilərik.
Dislaliya diaqnozunu muayinə etdiyimiz zaman bu bəndlərlə birlikdə səslərin tələffüzünə xüsusi diqqət yetirməli və bütün səsləri sözün başında, ortasında, sonunda olmaqla tələffüz etdirməliyik. Bundan əlavə səslərin umumi danışıqda tələffüzünə diqqət etməliyik. Çünki bəzən uşaq ayriliqda və ya sözdə tələffüz etsə belə nitq zamani hansısa səsdən istifadə etmir.
Dizartriya diaqnozunu müayinə etdiyimiz zaman Artikulyasiyanın hərəkətliliyinə xüsusi fikir verməliyik, çünki yanlış tələffüz edilmiş söz də bir çox halda yanlış artikulyasiya səbəbi ilə baş verir.
Kəkələmənin müayinəsi isə digər diaqnozların muayinəsindən biraz fərqlənir. Bu zaman uşağın şəxsi keyfiyyətlərini də nəzərə almaq lazımdır. Məsələn uşağın təmkinli və ya səbrsiz olmasi bizim işimizə təsir edəcəyi üçün müayinə zamanı xüsusilə fikir verməliyik.
Loqopedik dəyərləndirmədən sonra loqoped sistemli işləmək üçün fərdi iş planı hazırlayır və bu hər uşağın dəyərləndirməsinə əsasən məhz həmin uşağa aid olur.