Nitqi inkişaf etdirmeyin yollari (0-1 yaş)

Nitqi inkişaf etdirmeyin yollari (0-1 yaş)
31 Mar, 2023 Şahanə Nuriyeva

Nitqi inkişaf etdirmeyin yollari (0-1 yaş)

Nitqi inkişaf etdirmeyin yollari (0-1 yaş)

Burada sizinlə 0-1 yaş aralığında uşaqlarda nitqi inkişaf etdirməyin 12 yolunu bölüşəcəyik:

1. Oyunu və ya hər hansı hərəkəti səslərlə ifadə edin. (məsələn: quş uçdu -prrrrr, am-am, hop-ba və s.)

2. Uşağı yatızdırdığınız zaman lay-lay oxuyun.

3. Uşağa baxaraq müxtəlif səslər çıxarın (a, o, u, e, ə, m) və bunları intonasiya ilə edin.

4. Uşağa səsi takrarlamağı öyrətmək üçün ilk olaraq, onun nitqində istifadə etdiyi səsləri siz özünüz təkrar edin. Sonra yeni səslər təklif edin.

5. Uşaq sait səsləri tələffüz edən zaman, əlinizin içi ilə onun ağzını yavaşca qapayıb açın. Sonra bu hərəkəti özünüz edin. Yenidən uşaqla təkrar edin.

6. Uşaq m, b samit səslərini tələffüz edən zaman şəhadət barmağınızla onun dodaqlarını yuxarıdan aşağıya doğru tez-tez sığallayın. Sonra bu hərəkəti özünüz də edin.

7. Uşaq bir hecanı təkrar edərkən, onun ardınca həmin hecanı 3-4 dəfə təkrar edin. Məs. ma-ma-ma və yenidən təkrar etməsini bir qədər gözləyin.

8. Uşaqla danışdıqca jestlərdən də istifadə edin.

9. Uşağa hər hansı əşyanı verərkən onun adını söyləyin. Uşaq yalnız əlini sizə uzatdiqdan sonra həmin əşyanı ona verin.

10. Uşağın çıxardığı səsləri və hecaları ətrafdakı əşyalarla uyğunlaşdırın və səsləndirin. Məsələn: əgər uşaq "ma" deyirsə "maşın" deyərək ona müvafiq oyuncağı, to-top, ba-baba deyərək onları göstərin.

11. Uşağa müxtəlif tapşırıqlar verin.

Topu mənə ver.    Kuklanın başını sigalla.    Ataya "sağ ol" de və s.

12. Uşağa "olmaz" kəliməsinə mütləq əməl etməsini öyrədin. Ancaq bu kəlməni uşağa gün ərzində 7 dəfədən çox işlətmək doğru deyil. Onun yerinə "bunu etmək yaxşı deyil" kimi ifadələr işlətmək və ya başqa fəaliyyətə istiqamətləndirmək olar.