Pika sindromu nedir ?
- Pika sindromu təbaşir, gil, torpaq, sabun, saç, kömür, metal, kağlz kimi qida dəyəri olmayan maddələri yeməyi vərdiş halına gətirən şəxslərdə olan yemə pozuntusudur.
- Tarixçəsi Aristotel və Hippokrat dönəminə qədər gedib çıxır.
- Daha çox uşaqlarda görülən bu yemə pozuntusu böyüklər də görülə bilər.
- Pika sindromunun meydana çıxmasında sosial, mədəni, iqtisadi, psixoloji, ailədən qaynaqlanan bir çox faktorlar var.
Pika sindromunun yaranmasına sənəb olan faktorlar aşağıdakılardır:
1.Qidalanma yetərsizliyi.
Orqanizm üçün lazım olan karbihidrat, yağ, protein, mineral ( sink, dəmir, mis) və vitaminlərin, xüsusilə B1 və B6 vitaminlərinin yetərli miqdarda qəbul edilməməsi nəticəsində orqanizmdə qida dəyəri olmayan maddələrə qarşı yemə istəyi formalaşır. Müxtəlif səbəblərdən qida maddələrinin( süd, yumurta, ət, balıq, pendir) kifayət qədər qəbul edilməməsi, orqanizmdə qidac əksikliyi əmələ gətirir, bu əksikliyin aradan qaldırılması cəhdi pika sindromunun formalaşmasına şərait yaradır.
2. Yanlış pəhriz proqramları.
Qida maddələrinin balans gözləmədən istifadəsiorqanizmdə xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Səhv tətbiq edilən diet proqramları pika sindromunn əmələ gəlməsinə səbəb ola bilər.
3. Psixoloji səbəblər.
Psixiatrik xəstəliklər insanda yemə davranışına təsir edə bilir. Xüsusilə şizofreniya, obsessiv-kompulsiv pozuntu və depressiya xəstələrində mövcud durumla mübarizə üsulu kimi yemə pozuntusu ortaya çıxa bilər. Bu cür yemə pozuntuları pika sindromunun yaranmasına təməl hazırlaya bilər. Həmçinin anoreksiya və bulimiya nevroz kimi yemə pozuntuları olan xəstələrdə yeməkdən dad ala bilməmək və mədəni enerji verən bir maddə ilə doldurma istəyi də pika sindromu yarada bilər.
4. Qadınlarda hamiləlik və əmizdirmə dönəmi.
Qadınlarda hamiləlik və əmizdirmə dönəmi qida maddələrinə marağın dəyişdiyi bir dövrdür. Eyni zamanda hamiləlik zamanı dəmir əksikliyi hemoqlabin dəyərlərini aşağı salır.
5. Uşaqlıq dövrü vərdişləri.
Uşaqlar iməkləmə və diş çıxarma vaxtı tapdıqları yad cisimləri ağızlarına aparmağa meyilli olurlar. Yaş irəlilədiyinə baxmayaraq yad cisimləri ağıza aparmaq davranışı davam edirsə, uşaqlarda pika sindromu yarana bilər.
6. Mədəniyyət fərqliliyi.
Bəzi xalqlarda öz mədəniyyətlərinə xas torpaq və gil yemək vərdişləri var. Qida dəyəri olmayan bu maddələrin istifadəsini vərdiş halına gətirmək də bu sindromun yaranmasına yol aça bilər.
7. Bəzi xəstəliklər.
Orqanizm kifayət qədər vitamin və mineral qəbul etmədiyi zzaman imunitet zəifləyir və xəstəliklərin yaranmasına zəmin yaranır. Böyrək xəstələrində dəmir, sink, kalsium kimi mineralların orqanizmdə kifayət qədər əmilməsi baş vermir. Orqanizmdə mineral və vitamin çatışmamazlığı pika sindromu yarada bilər.
Pika Sindromunun Müalicəsi:
Pika sindromu yemə pozuntuları arasında yer alan bir psixyatrik xəstəlikdir. İlk öncə bu durumun bir xəstəlik olduğu şəxs tərəfindən qəbul edilməlidir. Diaqnoz qoyulduqdan sonra bu xəstəliyə səbəb olan faktorlar araşdırılmalıdır. Müəlicə planı bu faktorara görə qurulmalıdır. Həkim və dietoloqun dəstəyi ilə pika sindromu yaşayan şəxsə tətbiq edilmk üçün qidalanma proqramı hazırlanır. Alənin bu şəxslərə dəstəyi çox önəmlidir. Bu xəstəliyin müalicəsi zamanı şəxslərin psixoloji dəstək almaları çox vacibdir. Xəstəliyin müalicəsində dietoloq, həkim və psixiatr tərfindən tam bir şəkildə dəyərləndirilməli və müalicə də buna görə planlanmalıdır.