Refleksoloji terapiya nedir?
Refleksoloji terapiya nədir? Xəstəliklərin müalicəsində rolu.
Təxminən on iki min illik tarixi olan refkeksologiyanin ilk tətbiq yeri ənənəvi təlabatın doğulduğu və tətbiq olunduğu Qədim Çin və Misirdədir.
Tarixdə Çin sivilizasiyaları miqren, bel yırtığı, boyun yırtığı, qalxanabənzər vəzi və mədə xəstəlikləri kimi bütün nevroloji xəstəliklərdə bu üsuldan istifadə ediblər. Bundan əlavə Refleksoloji terapiyanın fərdi gündəlik stres və narahatlıqdan azad etdiyi məlumdur.
Refleksoloji terapiya nədir?
Baş beyin və onurğa beynindən çıxan, yəni mərkəzi sinir sistemindən ayrılan orqanlardan keçərək onları idarə edən periferik sinirlərin bitiş son uc nöqtələri ovcumuzun içində və ayağımızın altında yerləşir.
Refleksoloji terapiya həmin sinir uclarına edilən nöqtəvi sinir masajıdır. Refleksoloji terapiyada heç bir cihazdan, aparatdan və ya dərman vasitələrindən istifadə olunmur. Sadəcə manual üsulla, əllər vasitəsilə ovuc içinə və ayaq altına nöqtəvi sinir masajları olunur. Edilən sinir masajları qan dövranını və sinir təchizatını gücləndirərək orqanlara gedən sinirləri və onları idarə edən mərkəzləri oyadır. Təsir mexanizmi vegetati sinir sistemi, simpatik və parasimpatik şöbələrinə dayanır.
Refleksoloji terapiya ümumi inkişaf geriliyi olan uşaqlarda, yəni zəka inkişafi, nitq inkişafi, psixomotor inkişafi, həmyaşıdlarından geri qalan uşaqlarda, qəbizlik, sidikqaçırma (enurez), nəcisqaçırma (enkoprez), yuxu problemi, autizm spektr pozuntusu və s. problemi olan uşaqların müalicəsində mühüm rol oynayır.
Autizm spektr pozuntusu olan uşaqlarda ağırlıq dərəcəsinə uyğun olaraq Refleksoloji terapiya tətbiq edilir. Əsasən baş beyin (epileptik tutma yoxdursa), əzələ-motor, nitq, limfa, onurğa və digər nahiyələrdə nöqtələr işlənilir. Lakin epileptik tutma olan uşaqlarda Refleksoloji terapiyadan yararlanmaq məqsədə uyğun deyil. Çünki, refleksoloji masaj zamanı nöqtələrə əllərimiz vasitəsilə basqı edirik və sinirlərdə qıcıqlanma baş verir, bu zaman epileptik tutmalar aktivləşir.
İnkişaf geriliyi olan uşaqlarda məsələn: Nitq inkişaf geriliyi olan uşaqlarda nitq mərkəzi və alın payı refleksoloji terapiyada masaj olunur. Eşitmə qüsuru olan uşaqlarda eşitmə mərkəzi olan gicgah payı masaj olunur.
Qəbizlik, yəni həzm traktının passivliyi olan uşaqlarda parasimpatik şöbədən həzm traktını aktivləşdirmək üçün istifadə olunur. Sidik qaçırma (enurez), nəcisqaçırma (enkoprez) sfinktorun işini gücləndirmək üçün onurğanın bel-oma şöbələri və həmin sfinktor olduğu nahiyələrə Refleksoloji icra olunur.
Yuxu problemi olan uşaqlarda, yəni yuxuya getməsi çətin olan və tez-tez oyanan uşaqlarda istifadə olunan refleksoloji terapiya yuxu mərkəzini oyadaraq, yəni epifisi işləyərək daha erkən yatmasını, günlük yuxu ritminin düzəldilməsinə kömək edərək, günlük davranışlarına, diqqətinə və digər bacarıqlarına da müsbət təsir edir.
Refleksoloji terapiya sadəcə inkişaf geriliyi olan uşaqlara deyil, sağlam uşaqlara da tətbiq edilə bilər. Bu sadecə problemi olan insanlara deyil, profilaktik olaraq da sağlam insanlarda da istifadə oluna bilər. Beləki orqanların sinir və qan təchizatını gücləndirərək maddələr mübadiləsini sürətləndirir, orqanizmin stresə davamlılığını artırır. Refleksoloji terapiyanı xəstənin yaşndan və patalogiyasından asılı olaraq dəyərləndirmədən sonra müəyyən etmək mümkündür.
Pedaqoji, loqopedik işə, motor inkişafinın dəstəklənməsinə, reabilitasiyasına kömək etdiyi üçün, nəticəni sürətləndirdiyi üçün Refleksoloji terapiyanı bir çox inkişaf proqramlarına daxil edirik.
Elpida psixoloji və Nitq mərkəzində də reflesoloji terapiyadan istifadə olunur və peşəkar mütəxəssislərimizin səyi nəticəsində uğurlu nəticələr əldə olunur.