Sağlamlıq imkanları məhdud uşaqlarda nitq inkişafı necə olur?
1. Eşitmə qüsurlu uşaqlarda nitq
Eşitmə qüsurlarının səthi yaxud dərin olması nitqin inkişafına öz təsirini göstərir. Zəif eşidən uşaqlar nitqdəki bütün səsləri bərabər şəkildə eşitmirlər. Eşitmə qüsurlari daha da dərin olduqda uşaqlar ünsiyyət vasitəsi kimi işarəvi dildən istifadə edirlər. Zəif eşidən uşaqlara danışmaq və dili başa düşmək vərdişi aşılanır.
2. Görmə qüsurlu uşaqlarda nitq
Görmə qüsurları olan uşaqlarda ünsiyyət vərdişlərinin inkişafına daha çox diqqət yetirilir. Bu zaman uşaqlar xüsusi təlim vasitəsiylə brayl əlifbasina yiyələnir.
3. Zəka geriliyi olan uşaqlarda nitq
Bu uşaqların onların mövcud dil qabiliyyətlərini dəstəkləyən və inkişaf etdirən muhitlə təmin edilməsi vacibdir. Zəif və orta səviyyəli dərketmə qüsurlarına malik olan bu uşaqlar ardıcıl şəkildə yerinə yetirilən mərhələlərdən sonra müəyyən nitq qabiliyyətlərinə yiyələnə bilərlər.
4. Autizmli uşaqlarda nitq
Bu uşaqlarda ilk nəzərə çarpan onların sosial vərdişlərindəki çətinliklərdir. Onlar hətta müəyyən qədər nitqə malik olsalar belə ünsiyyətə girmək istəmirlər. Ona görə də bu uşaqları mümkün qədər cəmiyyətə adaptasiya etmək lazımdır.
5. Öyrənmə çətinliyi olan uşaqlarda nitq ( disleksiya, disqrafiya)
Bu uşaqlar əsasən oxu və yazı prosesində çətinlik çəkir və bir çox halda məhz qüsur özünü yazı və oxu prosesində göstərir. Əsasən də məhz diaqnoz məktəbə getdikdən sonra qoyulur. Onlar məktəb tədrisini digər uşaqlarla birlikde qavramağa çətinlik çəkir. Bu halda mütləq mütəxəssislərdən yardim almaq lazımdır. Vaxtında müdaxilə ilə bu çətinliyi aradan qaldırmaq mümkündür.