STİP proqramı nedir?

STIP proqramı
12 Fev, 2023 Şahanə Nuriyeva

STİP proqramı nedir?

Autizm sindromlu uşaqları digərlərindən ayıran bəzi təməl və dərin fərqlər var. Bunlardan ilki və ən önəmlisi bu uşaqların, digərlərindən fərqli öyrənə bildikləri gərçəyidir. Buna görə də klassik təlim sistemlərində istənilən nəticə əldə edilməyib. Bu da autism spektor pozuntusu olan uşaqlarla işləyən mütəxəssisləri fərqli öyrətmə sistemlərini yaratmağa və təkmilləşdirməyə yönləndirmişdir.

Autizm sindromlu uşaqların bir çoxunda visual yaddaş daha yaxşı olduğu üçün bu yöndə işə daha da üstünlük verməli oluruq. Bu proqramlar uşaqların bəzi problemlərini həll etməyə və ya yüngülləşdirməyə yönəlik hazırlanmışdır. Autizm spektor pozuntusu olan uşaqların problemlərinin başında ünsiyyət çətinlikləri durur. Bu problemləri həll etməyə çalışan bir çox sistem və proqramlar hazırlanmışdır. STİP, Peks, və s kimi proqramlar geniş istifadə edilən proqramlardır.

İndi isə STİP proqramı haqqında sizin üçün məlumat yazacam.

STİP autizm və nitq qüsurlu uşaqlar üçün simvol təməlli nitq proqramıdır. Bu proqramla işlənilən uşaqlar, qısa müddətdə gözlənilməz bir dəyişim yaşaya bilərlər. Amma burada uşağın xüsusiyyətləri də nəzərə alınmalı, iki fərqli uşaqdan eyni nəticə gozlənilməməlidir. İlkin bacarıqlardan başlandığı üçün təlim müddətində çətinliklər yaşanmır. Ağır irəliləyən uşaqlar belə nəticə əldə edə bilirlər. Ünsiyyət problemi yaşayan ancaq zehinsəl inkişafı ağır olmayan uşaqlar isə, qısa müddətdə proqramı tamamlayaraq, ilkin ünsiyyət bacarıqlarını qazanır. STİP proqramını tamamlayan uşaqların zehinsəl və nisbətən dəstəksiz yaşam bacarıqlarını da sürətlə qazandığı və yaşam standartlarının sürətlə irəlilədiyi muşahidə edilir. Bundan əlavə nitq mərkəzi aktiv olan uşaqların nitqində də gözlə görüləcək qədər irəliləmə görünür.