Telefon asılılıgı – Nomofobiya
Telefon asılılıgı – Nomofobiya
- Nomofobiya nədir?
- Bir insanda telefon asılılığının olduğu necə müəyyən edilə bilər?
- Nomofobiya ilə yanaşı görülən psixoloji problemlər hansılardır?
- Telefon asılılığı necə müalicə edilir?
Telefon asılılıgı, şəxsin telefondan istifadə etmədiyi zamanlarda məhrumiyyət, yoxluq yaşamasıdır.
1. Nomofobiya – telefon asılılığı bir insanın telefondan ayrı qaldığı vaxt yaşadığı panika, narahatlıq, telefonu daim kontrol etmə ehtiyacı, ümidsizliyə düşmə kimi simptomların görülməsinə deyilir. Telefon daim şəxsin əlindədir və onu buraxmaqda çətinlik çəkir. Telefon asılılığı bir insanın telefonu buraxdığı an onu yenidən əlinə almaq davranışı göstərməsi, zəng və mesaj səslərinə qarşı həssas olması, təkrarən yoxlama ehtiyacı kimi çətinliklər yaşadır. Nomofobiyası olan şəxs tez-tez telefonun zəng çaldığını zənn edər, telefona baxma ehtiyacı hiss edər. Araşdırmalara görə telefona sahib şəxslərin 58% -i bir saat telefonu kontrol etmədən zaman keçirə bilmir. Bu göstərici 18-24 yaş arasında 78% -ə qədər yüksəlir. Bu insanlar həmçinin sosial medya hesablarını da sıxlıqla kontrol etmə ehtiyacı hiss edirlər. Hər hansı bir paylaşımı qaçırma ehtimalı onları narahat edir.
Aparılan araşdırmalarda mobil telefon olmadan yaşaya bilməyəcəklərini, telefon olmadan evdən çıxa bilməyəcəklərini, hadisələrdən xəbər tuta bilməyəcəklərini müəyyən bir qismi də yatarkən telefonu yaxın bir yerə qoyduqlarını bildirmişlər. Bu şəxslər oyanan kimi telefonu yoxlayırlar.
Smart telefonlar müxtəlif cihazlarda edilə biləcək bir çox tətbiqi eyni cihazda toplanmasını təmin edir. Oyun oynamaq, musiqi dinləmək, şəkil və ya video çəkmək, xəbər oxumaq, alış-veriş etmək və s. işləri eyni telefonla etmək mümkündür. Bu vəziyyət də telefon asılılığına (Nomofobiyaya) səbəb olur. Sürətli istehlak və başqalarının həyatına maraq da nomofobiya yaradan səbəblərdəndir.
2. Telefon asılılığı olan şəxslər gündəlik işlərini planlamaqda və həyata keçirməkdə çətinlik çəkirlər. Sosial funksiyaları pozulmuş olur. Sosial bir mühitdə belə telefonla məşğuldursa, günün əhəmiyyətli vaxtlarında da telefon əlindədirsə şəxsin telefon asılılığı (nomofobiya) olduğu söylənə bilər. Əlavə olaraq telefondan uzaq durduğu vaxtlarda yaşanan psixoloji və fizioloji simptomlar davam edirsə, telefon asılılığının olduğu söylənə bilər.
- Smart telefonların sistematik olaraq istifadəsi, telefonla həddindən çox vaxt keçirilməsi, birdən çox cihazının olması, bu cihazların enerji alətlərini daşımaları,
- Telefonun itməsi, yaxın bir yerdə olmamsı, danışıq dəqiqələrinin qurtarması, enerjinin bitməsi düşüncələrinin böyük bir narahlığa səbəb olması, telefondan istifadənin qadağan olduğu yerlərdən uzaq durması,
- Telefonun tez-tez kontrol edilməsi,
- Telefonun gün boyu bağlanmaması, yatarkən belə telefonla yatması,
- Canlı ünsiyyət əvəzinə telefonla ünsiyyətə üstünlük verməsi,
- Bu cihazlara həddindən çok maddi vəsaitin xərclənməsi telefon asılılığının olduğunu göstərir.
3. Telefon asılılığı - nomofobiya ədəbiyyatda spesifik fobiya kriteriyalarında yer alır. Telefondan ayrı qaldığı zaman yaşanan qayğı, qorxu və narahatlıqlar ayrılıqda yaşanan çətinlikləri göstərir. Ayrılıq qayğısı uşaq ilə bağlandığı fiqur arasında inkişaf edən münasibətdə, uşağın bağlanma fiqurundan uzaqda qaldığı zaman təcrübə etdiyi bir duyğudur (Bowly 1969). Nomofobiya ayrılıq qayğısının əsasında müzakirə olunur.
Nomofobiya ilə yanaşı görülən problemlər bunlardır ( Bragazzi və Del Puante, 2014)
- Obsessiv kompulsiv pozuntu
- Yemə pozuntuları
- Depressiya və distemiya
- Alkol və narkotik asıllıq
- Digər davranış asılılığı pozuntuları – internet asılılığı, qumar asılılığı, canlı oyun, alış- veriş daxildir.
- Şəxsiyyət pozuntuları
Bütün bu göstərilənlərlə bərabər davranış pozuntuları, yuxu pozuntuları və aqressiya da görülə bilər.
4. Telefon asılılığı müalicəsində öncəliklə asılığın şiddətini müəyyən etmək lazımdır. Telefon şəxslərin həyatında hansı sahələri əhatə edir və neçə saat telefonla vaxt keçirir, telefondan hansı məqsədlərlə istifadə edilir. Daha sonra şəxs üçün ehtiyac siyahısı hazırlanır və onları başqa necə qarşılıya biləcyi müzakirə olunur.
Telefon asıılığında bildirişləri bağlamaq, ekran müddətini və istifadə müddətini göstərən aplikasiyalardan istifadə etmək, yemək və yataq otağına telefonu gətirməmək, tədricən telefondan istifadəni azaltmaq, sosial mühitdə telefonu görünməyən bir yerə qoymaq kimi addımlar müalicədə təsirli metodlardır. Eyni zamanda əgər bu problemin təməlində yatan bağlanma və ayrılıq qayğısıdırsa, problemə bu aspektdən də yanaşmaq lazımdır. Hər psixoloji problemdə olduğu kimi bu problemdə də psixoloji maarifləndirmə müalicədə önəmli yer tutur. Psixoloji dəstək almaq bu şəxslərə öz probleməlrini həll etməkdə kömək edəcək.