Toxunma Duygusu

Toxunma Duygusu
10 İyun, 2023 Vüsalə İsmayılova

Toxunma Duygusu

Toxunma duygusu

  1. Toxunma duygusu nədir?
  2. Yüksək həssaslığı olan uşaqlar (Hipersensetiv)
  3. Aşağı həssaslığı olan uşaqlar (Hiposensetiv)
  4. Toxunma həssaslığı olan uşaqlara necə kömək edə bilərik?

 

Toxunma duyğusu nədir? Toxunma duyğusu bədənimizdəki ən mühüm duyğu sistemidir. Toxunma insan bədəninin ən böyük orqanı olan dəri vasitəsi ilə qəbul edilir. Dəridə işıq, ağrı, tempuratur və təzyiq kimi faktorlar haqqında məlumat göndərən reseptorlardan ibarətdir. Bu məlumatlar sayəsində bədən və obyektlər tanınır və dərk edilir. Ətraf mühitin qavranılmasında və sağ qalmaq üçün qoruyucu reaksiyaların verilməsində mühüm rol oynayır.

Toxunma sistemimiz: dil, motor və ünsiyyət bacarıqlarımızı da inkişaf etdirir. Uşaqlarda sosiallaşma, davranışın təşkili, yemək yemək və tualet vərdişləri kimi bacarıqlar toxunma şüuru ilə inkişaf edir.

Bəzi uşaqlar gundəlik həyatda qarşılaşdıqları toxunma məlumatlarını inteqrasiya etməkdə çətinlik çəkirlər. Onlarda toxunma xəbərdarlıqlarına yüksək həssaslıq ola bilər ki, bu da onların geri çəkilməsinə və ya müəyyən toxunma təcrübələrindən qaçmasına səbəb ola bilər. Onlar üçün ən sadə toxunma təcrübələri belə narahat və ya ağrılı ola bilər.

Toxunma duyğusunun pozulması iki formada təzahür edir:

  1. Hipersensetiv (yüksək həssaslıq)
  2. Hiposensetiv (aşağı həssaslıq)

 

Yüksək həssaslığı olan uşaqlar:

  1. Əllərinin çirklənməsindən, xəmir, qum, barmaq boyası oynamaqdan, hətta müəyyən qidaları yeməkdən çəkinirlər.
  2. Özünə qulluq fəaliyyətləri zamanı narahat olurlar. Məsələn; saç kəsimi və daranması, dırnaq kəsimi, diş fırçalanması, üz yuma, duş qəbul etmə zamanı.
  3. Çılpaq ayaqla yerə basmaq istəməyə bilər, ayaqqabılardan və corablardan narahat ola bilərlər.
  4. Sosiallaşma ilə bağlı problemlər ola bilər. Sinif yoldaşlarından və ya müəllimlərdən uzaq dura bilərlər.
  5. Soyuq havada qısa qol geyinməyi, isti havada isə uzun qol geyinməyi istəyə bilərlər. Çünki, isti və ya soyuğu ayırd etməkdə çətinlik çəkirlər.
  6. Toxunulmaqdan, qucaqlanılmaqdan və öpülməkdən narahat olurlar.
  7. Kiçik ağrılara böyük reaksiyalar vere bilirlər.

 

Aşağı həssaslığı olan uşaqlar:

1. Bədənlərinə ehtiyac duyduqları duyğularını vermək üçün daha çox toxunma hissi axtarırlar.

2. Əşyaları çeynəyir, oyuncaqları əlləri ilə deşirlər.

3. Toxunmaqla obyektləri müəyyən etməkdə çətinlik çəkərlər və görmə duyğusuna ehtiyac duyarlar.

4. İnsanlara, əşyalara yaxından toxunma istəyi yüksək olur.

5. Yumşaq və tüklü əşyalara toxunarlar.

6. Ağzına, əlinə bulaşmış yeməyi hiss etməyə bilərlər. Üst-başı dağınıq olduğunun fərqində olmazlar.

7. Ağrı və istilik xəbərdarlığı az ola bilər.

8. Tualet vərdişlərindən əziyyət çəkə bilərlər.

9. Oyun oynayarkən araşdırma üçün motivasiyası zəif görünə bilər.

 

Toxunma həssasliqı olan uşaqlara necə kömək edə bilərik?

  • Təraş köpüyü ilə müxtəlif fəaliyyətlər təşkil edə bilərsiniz.
  • Duş qəbulu zamanı uşağınızı liflər, süngərlər və ya müxtəlif teksturalı parçalarla yuyub, bədənini masaj edə bilərsiniz.
  • Uşağınızın gözləri bağlıykən müxtəlif parçalardan bir qutu hazırlayın və parçalara onların toxunmasını istəyin və onları uyğun olaraq qruplaşdırmağı xahiş edin.
  • Hər bir parça növündən bir cüt qutuya qoyun və uşağınızdan gözləri bağlı olaraq parçaları uyğunlaşdırmasını xahiş edin.
  • Uşağınızın bədəninə hərəkətli şəkildə toxunun və ondan bu hərəkətin bədəninin hansı istiqamətdə getdiyini soruşun.
  • Uşağınızdan otaqdakı digər uşaqları gözləri bağlı olaraq onlara toxunaraq tanımasını istəyin.
  • Uşağınızla oyun xəmiri ilə oynayın. Xəmirin içinə müxtəlif əşyalar (muncuq, leqo) qoyun və onları tapmasını tələb edin.

Bunlarla yanaşı duyu bütünləmə problemlerini doğru dəyərləndirmək üçün mütləq terapistlərə müraciət edin!