Ünsiyyet və Nitq

Unisiyyet ve nitq
19 Fev, 2023 Şahanə Nuriyeva

Ünsiyyet və Nitq

Ünsiyyətə girmək bacarığı özümüzü bir şəxsiyyət kimi təsdiq etmək, əlaqələr qurmaq, cəmiyyətə nüfuz etmək və uyğunlaşdırmaq üçün vacib amildir.

 

Ünsiyyətin inkişafına mane olan səbəblər:

1. Eşitmə zəifliyi

2. Mental retardasiya (zəka yetərsizliyi)

3. Ünsiyyət çatışmazlığı (ətrafdakıların uşaqla kifayət qədər ünsiyyətdə olmaması)

4. Ünsiyyət problemi (Uşağın özünün ünsiyyət problemi, məsələn autizm)

5. Nitq qüsurları

 

Ünsiyyət üçün lazım olan bacarıqlar.

1. Diqqət

2. Dinləmə

3. Anlama

4. Təqlid etmə və iştirak

5. Nitq

 

Bir uşağın ünsiyyət bacarığına yiyələnməsi üçün bu mərhələlərin hər birinin tam formalaşması lazımdır. Ən əsası da eşitsə belə anlamayan uşaq ünsiyyət qura bilmir. Bu çox önəmli məqamdır. Uşaq danışmaq üçün qarşısındakının nitqini anlamalıdır. Nitqi olmayan bir uşaqla işə başlayarkən əgər bu 4 mərhələ tam qaydasındadırsa nitq üzərində işləmək lazımdır. Yox əgər bu uşaqda diqqət əksikliyi varsa, dinləmirsə, anlamirsa, təqlid edə bilmirsə bu uşaqla nitq üzərində işləməyin mənası yoxdur. Öncə bu mərhələləri formalaşdırmaq lazımdır. Artıq uşaq dinləyir anlayırsa və təqlid də edə bilirsə qısa zamanda nitqi üzərində iş nəticə göstərəcək. Çünki nitq də təqlid əsasında formalaşır. Uşaq səsləri, sözləri anlayaraq təqlid etməli, daha sonra isə söz bazası artdıqca ünsiyyətə girməlidir. Bir çox hallarda valideynlər bizə nitqdən öncəki bu mərhələlər üçün vaxt vermək istəmirlər.

Əziz valideynlər, bu 4 mərhələ - və bir də bura passiv nitq əlavə etmək olar - nitqə hazırlıq mərhələsi adlanır. İnkişafı normal olan və inkişafdan geri qalmış hər bir uşaq bu mərhələləri keçməlidir. Tələsməklə, uşağı və müəllimi daha çox yükləməklə irəli getmək istəyərkən daha geri gedəcək və işə maneə olacaqsız. Bunu unutmayın.