Usaqlarda Davranıs Pozuntusu
Usaqlarda Davranıs Pozuntusu
Davranış pozuntusu şəxsiyyətə və ailəyə mənfi təsir göstərən, digər insanların hüquqlarını pozan, yaşa uyğun sosial qaydalara məhəl qoymayan davranışlardan ibarət olan bir vəziyyətdir.
Uşaqlıqda ən çox müşahidə edilən davranış pozuntuları; əsəbilik, aqressivlik, inadkarlıq, yalan danışma, dırnaq yemə, saç yolma, yataq islatma , qarşı gəlmə, istər-istəməz tez-tez başqalarını qıcıqlandırma, oğurluq, söyüş söymə, insanlara və heyvanlara zərər vermə kimi davranışlardır.
Uşaqlardakı bir davranışı davranış pozuntusu kimi qiymətləndirmək üçün bəzi testler var:
- İlk növbədə onun (testin) yaşa uyğun olub-olmamasına diqqət yetirilməlidir. Buna qərar vermək üçün uşağın yaşının inkişaf xüsusiyyətlərini yaxşı bilməyimiz lazımdır. Uşaqda inkişaf prossesindən asılı olaraq baş verən dəyişikliklər onun həyatında çətinliklər yarada bilər. Yaşdan asılı olaraq ortaya çıxan hər yeni davranış “davranış pozuntusu” kimi qəbul edilməməlidir. Uşaq yeni şərtlərə uyğunlaşana qədər müvəqqəti olaraq uyğunlaşmada problemlər ortaya çıxa bilər. Yəni biz buna davranış pozuntusu deyə bilmərik.
- Yaranan hiss və davranışın dərəcəsi normadan yüksək olmalıdır.
- Davranışın davamlı olması və uzun müddət davam (6 ay) etməsi testin göstəricilərindən biridir.
Ümumiyyətlə davranış pozuntularının səbəbləri aşağıdakılardır:
- Diqqəti cəlb etmək
- Valideynlər üzərində güc əldə etmək istəyi
- Bəzi hallarda bu davranışların mükafatlandırılması
- Qisas almaq istəyi
- Dost tərəfindən təsdiq
- Yetersizlık
Valideynlər olaraq bu vəziyyətlə rastlaşdıqda nə etməliyik?
- İlk öncə uşaq mənfi davranış göstərdiyində, davranışı haqqında o an deyil, sakit olduqda danışın.
- Başqa uşaqlarla müqayisə etməyin.
- Qışqırmaq, susdurmaq, vurmaq olmaz. Bu uşaqla aranızdakı hörmət bağını pozur. Ən vacib məqam bu prossesdə hörməti itirməməkdir.
- Uşağa yaşına uyğun məsuliyyət verməklə nailiyyət hissi yaşadılmalıdır.
- Uşağın müsbət cəhətlərini tapıb ortaya çıxartmaq və cəsarətləndirmək, mənfi davarnışlarını isə azaldıb özgüvənini yüksəltmek lazımdır.
- Bu uşaqların qeyri-şərtsiz sevgiyə ehtiyacı var. Başqa sözlə, onlar hansı şəraitdə olursa olsun, valideynləri tərəfindən qəbul olunduğunu və sevildiyini hiss etməlidirlər.
- Davranışı sayəsində valideynlərin diqqətini çəkdiyini düşünməməlidir, hətta valideynlerin “etmə” demesi bele maraqdır.
- Valideynlər uşağa verdiyi vədlərə əməl edərək, ona məxsus olan əşyanı alarkən bele icazə istəyərək uşağa nümunə olmalıdırlar.
- Mənfi davranış göstərdiyində, uşaq yaradıcı olmağa təşviq edilməli və müsbət fəaliyyətə yönəldilməlidir.
- Valideynler üçün əhəmiyyətsiz, sadə mövzular olsa belə uşaqla mövzu haqqında rahat danışmalıdırlar ki, vacib mövzular olduğunda istər indi, istərsə də gələcək zamanda uşağın öz hisslərini, fikirlərini rahatlıqla valideynləri ilə bölüşə bilməsinə şərait yaransın.
Uşaqlarla davranış pozuntusunu terapiyada çalışdığımız zaman ilk öncə uşaqların ünsiyyət bacarıqları, problem həll etmə bacarıqları, aqresiya zamanı özünə nəzarəti kimi mövzular öyrədilir. Uşaqla yanaşı, valideynlərin də uşağa olan münasibət və davranışlarını dəyişdirməsi lazımdır. Çünki uşağın davranışında valideynlərin yanaşması böyük rol oynayır. Buna görə də terapiya prosesində ən təsirli yol valideyn maarifləndirilməsidir. Müalicə edilməzsə, bir çox problemə, xüsusən də qalıcı davranış pozuntusuna və antisosyal şəxsiyyət pozuntusuna səbəb ola bilər.