Usaqlarda soz ehtiyyati azlıgı

Usaqlarda soz ehtiyyati azlıgı
3 Sen, 2023 Şahanə Nuriyeva

Usaqlarda soz ehtiyyati azlıgı

Günümüzün ən aktual problemlərindən biri də uşaqlarda yaşına uyğun söz ehtiyatının olmamasıdır.

Düzdür, söz ehtiyatının artırılması loqopedik seansın tərkibinə daxildir və biz bu yöndə də işləyirik. Amma bəzən elə yaşda uşaqlar, ele şeyləri bilmirlər ki, adam deməyə söz tapmır. 6 yaşında uşağın mətbəxə aid, gündəlik istifadə etdiyi əşyaları bilməməsi (bıçaq, çəngəl, boşqab, stəkan və s.) həqiqətən də qəribədir. Yəni, bu əşyaların adı evdə heç çəkilməyib 6 ildə? Böyük ehtimal çəkilib. Amma burada çox tez-tez qarşılaşdığımız iki məsələ var. Ya uşaq elə 6 il ərzində hər dəfə cizgi filmlə yemək yeyib və çəkilmiş bu adları eşitməyib, ya da bu adlar rusca çəkilib (vilka, tarelka, çaşka) deyə uşaq bilmir. Hələ mənim çəkdiyim sadəcə yemək prosesinə aid bir misaldır. Əslində isə uşaqlar hər yöndən söz ehtiyatı məsələsində çox zəifdirlər.

Gəlin, bir az da başqa tərəfdən baxaq. Uşaqlar danışır, amma nitq çox kasaddır və uşaq özünü tam ifadə edə bilmir. Uşağı bir az danışdırandan sonra görürsən ki, uşaq sifətləri demək olar ki, istifadə etmir, əgər rəngləri bilirsə sadəcə əşyaya aid rəngi deyə bilir. Təbii ki, sadecə isim ve fel ilə zəngin nitq yaranmayacaq və uşaq özünü tam ifadə edə bilməyəcək.

Təəsüf edici digər bir tərəf də odur ki, uşaqlar demək olar ki, əlavə nitq hissələrini istifadə etmirlər. Halbuki, nitqi zənginləsdirmənin də, öz duyğu və emosiyalarını bildirmənin də ən effektiv varianti əlavə nitq hissələrini yerinə görə düzgün istifadə edə bilməkdir.

Başda da, yazdığım kimi söz ehtiyatı uşağın yaşına uyğun olmalıdır. Nitqi həddən artıq yükləmək də olmaz. Bu da özü ilə digər fəsadlar gətirə bilər. Nitqi yükləmənin yaratdığı nitq qüsurlarından biri də kəkələmədir.

Mövzuya əlavə olaraq qeyd etmək istəyirəm ki, uşaqlara şer, nağıl və s. seçərkən də 2 məsələyə diqqət etmək lazımdır. Əks halda öyrətmək istədiyimiz qalacaq qıraqda və mövzu tam başqa yerlərə gedib çıxacaq. Bunu nümunə ilə izah edəcəm.

Deməli oğlumun nitqi öz yaşıdlarından daha yaxşı olduğu üçün və hal-hazırdakı qrupunu bəyəndiyimiz üçün onu orta yaş qrupuna salmışdıq. Dünən bağçadan evə gəlib xoruz fiqurunu göstərib deyir ki, “mama, xoruz qan oldu”. Öncə başa düşmədim bir neçə dəfə soruşdum, axırda dedi müəllimə deyir ki, “xoruz qan oldu”. Onda anladım ki, xoruz şerini keçiblər. Elə ilk misrasina baxaq və diqqət etməli olduğumuz məqamları izah edim:

Ay pipiyi qan xoruz

Burada:

1. Uşaq bilmir ki, pipik xoruzun harasıdır. Öyrətmək istədiyimiz hər nədirsə orada uşağın mənasını bilmədiyi söz olmamalıdır.

2. Həmçinin burada məcazi məna var. 2 yaşında uşağa məcazi məna başa salmaq mümkünsüzdür. Düşünmürəm bağçada belə bir pedaqoji səhvə yol verilsin. Dediyim kimi onlarin qrupu böyük usaqlardır (4-5 yaş). Bu iki məqama diqqət edilməzsə usaq bizim öyrətmək istədiyimizi tam dərk etməyəcək. Daha pisi isə, bu kimi şeylərə diqqət etməzsək usaqlara bilmədən travma yaşatmış ola bilərik və ya şüuraltı şiddət aşılaya bilərik.