Şəxsin zehni, davranış və emosional sferasındakı pozuntuları xüsusi üsullarla müəyyənləşdirib, uyğun psixoterapiya texnikaları ilə aradan qaldırılmasına kömək edən şəxs.
Nitq qüsurlarının xüsusi təşkil edilmiş təlim sistemi ilə qarşısının aalınması və aradan qaldırılması ilə loqopediya elmi məşğul olur. Bu təlim sistemini həyata keçirən pedaqoq isə loqoped adlanır.
Uşaqlıq çağından yeniyetməlik yaş dövrünə qədər uşağın fizioloji, sosial və psixoloji sahələrindəki inkişafını izləyən, eyni zamanda psixoloji və sosial problemləri həllində başlıca rol alan şəxsdir.
Hərəkət yetərsizliyi, funksional pozuntularda, ağrı, zəka yetərsizliyi, geniş yayılmış inkişaf pozuntularında, nitq ləngiməsində vəziyyəti yüngülləşdirmək və problemləri azaltmaq üçün istifadə olunan metodları tətbiq edən şəxsdir.
Uşağın yaşına, inkişafına uyğun olaraq məsulliyətlərin yerinə yetirilməsinə və sosial adapatasiyasına yardım edən şəxsdir. Müvafiq didaktik və pedaqoji metodlardan istifadə edərək həmçinin uşağın emosional və psixoloji vəziyyətinə paralel olaraq yardımcı olur.
Duyu - bütünləmə (sensor inteqrasiya) insanın bədəni və ətrafdan aldığı hiss və duyğuları orqanizə edən, duyğuların xarici amillərə uyğun bir şəkildə idarə edilməsi üçün mərkəzi sinir sistemi tərəfindən yönləndirilən prosesdir. Duyu bütünləmə (sensor inteqrasiya) terapiyası da duyğu və hisslərin ehtiyaca görə yönlədirilməsi və planlaşdırılmasına xidmət edir.
Rəqs ruhun musiqi ilə bütünləşmiş təzahür formasıdır. Fərdin insanlarla emosional bağ qurmaq, bəzi davranış pozuntularını azaltmaq, bədən sağlamlığı üçün bir çox faydaları vardır.
Rəsm fərdin qavrayışını, bacarığını və yaradıcılığını ortaya qoyan emosional və sosial təlimin köməkçi növüdür. Bir çox sahədə faydaları vardır. ( göz-əl koordiansiyası, insanlarla əlaqə və özünü ifadə etmə bacarığı, təxəyyülü inkişaf etdirir, ruhu sakitləşdirir)
Elpida Psixoloji və Nitq Mərkəzi 2021-ci ildən fəalliyyətə başlamışdır. Artıq iki filialı fəaliyyət göstərən Elpida Psixoloji və Nitq Mərkəzi yaş məhdudiyyəti olmadan psixoloji, loqopedik, psixopedaqoji, erqoterapiya və duyu-bütünləmə, müalicəvi idman və massaj, refleksoterapiya, məktəbəqədər hazırlıq sahələri üzrə bütün növ korreksiyalar peşəkar komandamız tərəfindən həyata keçirilir.
Məqsədimiz psixoloji dəstəyə ehtiyacı olan insanlara fərdi və qrup şəklində terapiyalarla dəstək verməklə psixoloji sağlamlıqlarına qovuşdurmaqdır.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların psixoloji individual metod və yanaşmalarla paralel aktiv sosial mühitə, cəmiyyətə adaptasiya etməkdir. Belə ki, mərkəzimizdə psixoloji dəstəklə paralel qrup terapiyaları, rəqs, şahmat, rəsm dərnəkləri fəaliyyətdədir. Sağlam uşaqlarla bərabər xüsusi qayğıya ehtiyacı olan uşaqlar da bu dərnəklərdə iştirak edir, festival və yarışmalarda nəaliyyətlər qazanırlar. Beləliklə biz xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadlarının tanınmasına dəstək vermiş oluruq.
Ölkədən kənarda təhsil aldığım və işlədiyim müddətdə həmvətənlərimizin bir çox psixoloji və tibbi problemlərlə əlaqədar başqa ölkələrə (xüsusilə Türkiyə və Rusiya) müraciət etdiyinin şahidi oldum. Bu dövrdə həmvətənlərimin başqa ölkələrdə nə qədər maddi və mənəvi çətinliklərlə qarşılaşdığını gördüm. Bir azərbaycanlı olaraq ailələrin yaşadığı bu çətinliklər məni narahat edirdi. Qərara aldım ki, bu xidmətlər öz ölkəmizdə ailələrimiz üçün əlçatan olsun.
Elpida Psixoloji və Nitq Mərkəzi, Elpida Tədris Mərkəzini açmaqdakı əsas məqsədim xüsusi qayğıya ehtiyacı olan uşaqların həm psixoloji sağlamlığı, həm sosial adaptasiyası, həm də təlim-təhsil sahəsində inkişafını, cəmiyyətə doğru yönləndirilmiş adaptasiyasını kompleks şəklində təmin etmək və genişləndirməkdir.